Onlayn mağaza yaratmaq fikri tədricən yetişdi və öz təcrübəmizə əsasən nəhayət ki gerçəkləşdi.

Narciso.az – yeni doğulmuş körpələr, az yaşlı uşaqlar üçün müəyyən edilmiş kateqoriya üzrə məhsullar, geyim və digər məhsullar təklif edir. Azərbaycanda ən yaxşı onlayn əl işləri mağazası olmaq üçün saytımız 2023-cı ildə qurulmuşdur. Bu tarixə qədər isə instagram səhifəmizdə (narciso_fashiontex) 2017-ci ildən fəaliyyət göstərmişdir.

Hədəfimiz sizə düzgün xidmət təklif etmək və keyfiyyətli,  uşaq məhsullarına olan tələbatınızı ödəməkdir. Yüksək keyfiyyət standartları, təhlükəsizlik, funksionallıq, yumor hissi və üslub bizim əsas dəyərlərimizdir.

Biz qeyri-adi kombinasiyaların və yaradıcılığın ehtiraslı pərəstişkarlarıyıq, buna görə uşaqları və valideynləri sevindirmək üçün hər cür havada ifadə azadlığına ilham verən uşaq aksesuarları sizlərə təklif edirik.Uşaq üçün alış-verişinizi daha asan və daha maraqlı etmək üçün hər zaman kömək etməkdən və çalışmaqdan məmnunuq.

Narciso.az-da məhsullarımızın əlçatanlığına xüsusi diqqət yetiririk. Rəqiblərimizin çeşidləri üzərində mütəmadi olaraq qiymət araşdırmaları aparırıq və ehtiyacınız olan ixtisaslaşmış məhsulları ən yaxşı qiymətlərlə əldə etməyiniz üçün çalışırıq. Mütəmadi keçirilən promosyonlarımız sizin qənaətiniz üçün əla bir yoldur.

Həmçinin biz məhsulların hazırlandığı parçalara xüsusi diqqət yetiririk, çünki uşağın gündəlik rahatlığı bundan asılıdır. Əlbətdə ki, məhsulların xarici dizaynını xatırlayırıq, çünki həm uşaq, həm də valideynləri sevməlidirlər.

Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Səmimi, maraqsevər, ixtiraçı. Uşaqlar Allahın insanlara bəxş edə biləcəyi ən gözəl bir haldır.

Və biz, böyüklər, onlar üçün tamamilə məsuliyyət daşıyırıq. Hansı insanı böyüdəcəyik yalnız bizdən, nümunəmizdən və tövsiyələrimizdən asılı olacaq.

Bunu başa düşərək, Narciso.az hər bir məhsulu uşaqlar üçün sevgi və qayğı ilə bəxş etmək üçün bir onlayn mağaza yaratmağı qərar verdi!